Dağlıq Qarabağ separatçıları Xankəndi hava limanının işlək vəziyyətə gətirilməsi halında bu imkandan yararlanmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, Dağlıq Qarabağ separatçısı David Babayan hesab edir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatda nəzərdə tutulan nəqliyyat marşurutlarının blokadadan çıxarılması halında Xocalı hava limanının fəaliyyətinin bərpa edilməsini müzakirə etmək mümkündür.
Separatçı düşünür ki, Xankəndi hava limanının açılması nıticəsində dünya ilə əhəmiyyətlə marşrut yaranar. Onun iddiasına görə, hava limanı açıldıqdan sonra ərazi mühüm nəqliyyat mərkəzinə çevrilə bilər.
Cinayətkar deyib ki, müharibə zamanı hava limanı ciddi zərər çəkməyib.
Xatırladaq ki, noyabrın 25-də Azərbaycan Hava Yolları (AZAL) yaydığı məlumatda qeyd edib ki, Xankəndi hava limanı Azərbaycanın hava limanı kimi ICAO reyestrinə daxil ediləcək. Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.
“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.