2 Dekabr 2020 15:19
10 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni tərəfi iddia edir ki, 44 günlük müharibə zamanı 60 hərbçi əsir düşüb, 40 mülki vətəndaş isə itkindir.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu iddia ilə özünün ombudsman kimi təqdim edən separatçı Atak Beqlaryan özünün Feysbuk səhifəsində qeyd edib.

Onun sözlərinə görə, video görüntülərdən və digər imkanlar hesabına 60 hərbi qulluqçunun varlığını müəyyən etmək mümkün olub.

Xatırladaq ki, Azərbaycan tərəfi əsirləri Ermənistana təhvil versə də, bundan imtina etmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabında qeyd etmişdi ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə müraciət etsə də, erməni tərəfi imtina edib.


Müəllif: Cavad