2 Dekabr 2020 12:53
3 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırıla bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

“Baş nazir Nikol Paşinyana komandasında belə etibar edilmir. Buna görə Nikol Paşinyan hərbi vəziyyəti ləğv etməkdən imtina edir, bundan sonra baş nazirə etimadsızlıq göstərmək mümkün olacaq. Komandanın ona sadiq olduğuna əmin olsaydı, hərbi vəziyyət rejimini çoxdan qaldırardı”, - qəzet qeyd edib.

Nəşr Nikol Paşinyanın parlamentdə çoxluqda olan hakim “Mənim Addımım” fraksiyası üzvlərinin ona “impiçment sürprizi” hazırlaya biləcəyini də istisna etməyib.

“Bizə bütün hərbi vəziyyət məhdudiyyətlərinin addım-addım qaldırılacağı bildirildi. İclasların keçirilməsinə qoyulan qadağa, mediaya qoyulan məhdudiyyətlər artıq qüvvədə deyil. Görünən budur ki, növbəti addım ölkədən getmək ehtimalını bərpa etmək olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər