3 Dekabr 2020 13:02
1 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz 10 noyabrın vətənə xəyanət və ya satqınlıq günü elan edilməsi məsələsini müzakirə edirik.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından olan deputatı Naira Zöhrabyan bildirib.

“Nikol Paşinyan 8 mayı əlimizdən aldı, Şuşanın azad olunması (işğal olunması-müəllif) ilə bərqərar olan üçqat bayramımızı oğurladı və buna görə də biz 10 noyabrı mütləq vətənə xəyanət günü kimi qeyd etməliyik, biz mütləq bu günü matəm günü elan etməliyik”, – deyə o qeyd edib.

Naira Zöhrabyan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin kapitulyasiyaya görə yeganə məsuliyyət daşıyan şəxsin Nikol Paşinyan olduğunu açıq şəkildə bildirib:

“Digərlərinə gəldikdə isə başa düşdüyüm qədər Paşinyan və onun komandası gedəcəyi təqdirdə onlar təhlükəsizlik zəmanətləri ilə təmin ediləcəklər”.

Deputat bildirib ki, Nikol Paşinyan Ermənistan vətəndaşlarının ləyaqətinin alçaldılmasının, Ermənistanın və Qarabağın məğlubiyyətinin simvoludur və bu simvol mümkün olan ən qısa müddətdə getməlidir.

“Bu şəxsin istefasına ən qısa müddətdə nail olmaq üçün hər şey edilməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, mayın 9-u Ermənistanda və qondarma “dqr”də hər il üçqat bayram kimi qeyd olunurdu. Bunlar 9 may faşizm üzərində qələbə günü, Şuşanın işğal edilməsi günü (ermənilər Şuşanın azad edilməsi deyirlər) və qondarma rejimin “müdafiə ordusu”nun yaradılması günüdür.


Müəllif: Səxavət

Oxşar xəbərlər