Ermənistanda baş verən siyasi proseslər radikal ictimai tələblərin olduğunu göstərir.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu sözləri “Tovmasyan” xeyriyyə fondunun rəhbəri Artak Tovmasyan deyib.
Fond rəhbəri vəziyyətdən çıxmaq üçün iki təklif irəli sürüb: "Birincisi, Ermənistan Respublikasını daxili siyasi çəkişmələrdən qorumaq üçün hökumət dərhal istefa verməlidir ki, qarşıdurmalar və siyasi vəziyyət gərginləşməsin. İkincisi, parlamentin cəmiyyətin bütün təbəqələrinin maraqlarını təmsil etməməsi, peşəkarlıqla işləməməsi bir həqiqətdir, bu səbəbdən erkən parlament seçkiləri təşkil edilməlidir".
Fond rəhbəri qeyd edib ki, Ermənistan yeni siyasi gündən formalaşdırmalıdır: “Bu günə qədər siyasətdə olub-olmamasından asılı olmayaraq vətənlərini sevən və peşələrində uğur qazanan insanlar aktivləşdirilməlidir”.