4 Dekabr 2020 12:55
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda müşahidə olunan siyasi proseslər Baş nazir Nikol Paşinyanın komandasında böhranı dərinləşdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni “Hraparak” nəşri yazır.

Qəzet iddia edir ki, Nikol Paşinyanın “Mənim addımım” qrupu faktiki bir-birinə qarşı olan qruplara bölünmüş kimi görünür. Bu qruplar bir çox hallarda bir-birilə əlaqə qurmur.

Ölkədə isə faktiki həyat və iş iflic haldadır. Hətta bu qrupların özləri belə ölkədə nələr olacağından narahatdırlar. Komandanın bəzi üzvləri təkcə gələcəklərini deyil, həm də fiziki varlıqlarını onunla əlaqələndirirlər. Açıq və pərdə arxasında Nikol Paşinyanı dəstəkləyən başqa bir qrup da var. Onlar Nikol Paşinyanı üçtərəfli saziş imzaladığı və onlara məlumat vermədiyinə görə tənqid edən deputat həmkarlarını “xain” adlandırırlar.

Bəzi qruplar isə fürsət yaranan kimi “Mənim addımım” fraksiyasını tərk etməyə hazırdırlar.


Müəllif: Cavad

Oxşar xəbərlər