“Baş nazir Nikol Paşinyanın müdafiə nazi təyin etdiyi Vaqarşak Arutyunyanı Müdafiə Nazirliyində kimsə tanımır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti yazıb.
“Baş nazirin təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsindən müdafiə naziri postuna təyin olunan Vaqarşak Arutyunyan Müdafiə Nazirliyində nəinki tanınmır, həm də bu işdən kənar şəxs kimi qəbul edilir.
Üstəlik, o, hələ proseslərin mərkəzinə girə, öz funksiyalarını tam yerinə yetirə bilmir. Çünki problemlər kifayət qədər çoxdur. Vəziyyət o qədər mürəkkəbdir ki, heç olmasa bu dolaşıqlığı açmaq və irəliləmək lazımdır.
Lakin necə deyərlər, nazirlikdə yadplanetli kimi baxılan yeni müdafiə nazirinin Paşinyanın bu qurumdakıları da, “qaralara” və “ağlara” bölmək siyasətini dəstəkləməyə mane olmur”, - qəzet qeyd edir.