Oktyabr ayı ilə müqayisədə Ermənistanda qida və alkoqolsuz içkilər 2,8% bahalaşıb. Bu, əsasən meyvə, süd məhsulları, şəkər, şəkər tozu, yağlar və tərəvəz qiymətlərinin 1,9-20,5% artması ilə əlaqədardır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, tərəvəz bazarında 20,5% artım qeydə alınıb. Meyvələrin qiymətləri 1,9% artıb. Süd məhsulları, pendir və yumurta bazarı da bahalaşmadan yan keçməyib. Ermənistan Statistika Komitəsinin məlumatına görə, bu bazarlarda artım 2% təşkil edib.
Ay ərzində yumurta 7.6% bahalaşıb, noyabr ayında şəkər tozu bazarında oktyabr ilə müqayisədə artım 2% olub. Balıq və dəniz məhsulları bazarlarında da 0,5% artım qeydə alınıb. Qeyd edək ki, ay ərzində alkoqollu içkilər və siqaretlər 0,4% bahalaşıb.
Qəzetin verdiyi məlumata görə, oktyabr ayı ilə müqayisədə noyabr ayında un məhsullarının və dənli bitkilərin qiymətləri 0,2% artıb.