4 Dekabr 2020 23:53
2 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra xarici KİV-lər Ermənistandakı daxili siyasi vəziyyətə toxunublar.

Teleqraf.com xəbər verir ki, Ermənistan daxilindəki ictimai-siyasi gərginlik “The Washington Post”, “ABC News”, “Independent”, “San Francisco Chronicle” və “Houston Chronicle” kimi media qurumlarının diqqət mərkəzinə çevrilib.

Nəşrlər Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyalarından yazırlar. Qeyd edirlər ki, Paşinyan noyabrın 9-da erməni tənqidçilərinin fikrincə, milli maraqlara xəyanət kimi qəbul edilən üçtərəfli (Rusiya, Azərbaycan və Ermənistan) bəyanat imzaladıqdan sonra etiraz dalğası meydana gəlib.

Nüfuzlu nəşrlər Azərbaycana məğlubiyyətin Ermənistan və Baş nazir Paşinyanı çıxılmaz dalana dirədiyinə diqqət çəkiblər.

Nəşrlər həmçinin qeyd edirlər ki, Ermənistan müxalifəti baxımından Paşinyan Ermənistan üçün daha əlverişli şərait yaradacağına görə məsuliyyət daşıyır:

“Bununla belə, hazırda “Vətən” partiyasına rəhbərlik edən Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan müxalifətin müqaviləni ləğv etmək istəmədiyini vurğulayıb:

“Tamamilə uğursuzluğa düçar olan hazırkı hökumət dərhal istefa verməli və siyasi qüvvələrə, heç olmasa, vəziyyəti yaxşılaşdırmaq üçün bir fürsət verməlidir. Paşinyanın istefası bizim ləyaqətimizi xilas etməyə kömək edəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər