5 Dekabr 2020 16:32
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda məhkəmə sistemində və partiyalar haqqında qanunda islahatların aparılması üçün fəal iş gedir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan canlı yayımda çıxışı zamanı bildirib.

“Ermənistan xalqı sərbəst şəkildə hakimiyyəti seçmək imkanına malik olmalıdır. Ermənistan tarixində heç kimin rədd etmədiyi yeganə parlament seçkiləri 2018-ci ildə keçirildi. Bu gün Ermənistanda baş verən bəzi siyasi proseslərin mənası bəllidir. Bəzi dairələr bu seçkinin nəticələrinə kölgə salmaq üçün hər şeyi etmək istəyirlər. Biz buna imkan vermərik”, - baş nazir qeyd edib.

Xatırladaq ki, Ermənistanda müxalifət Paşinyanın Azərbaycanla imzaladığı təslim aktından sonra istefasını tələb edir. Keçmiş baş nazir Vazgen Manukyan müxalifət tərəfindən müvəqqəti hökumətin başçısı vəzifəsinə namizəd göstərilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər