“Parlamentin sədri Ararat Mirzoyan sağaldıqdan sonra fraksiyada sona qədər Baş nazir Paşinyanın yanında olacağını bildirsə də, eyni zamanda öz ətrafında bir konsolidasiya yaratmağa çalışır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Haraparak” qəzeti yazıb.
Nəşr qeyd edir ki, həftə içində Konstitusiya Məhkəməsinin sədri və ombudsmanla görüşən Mirzoyan dünən Xarici işlər naziri Ara Ayvazyanı parlamentə dəvət edib, səhər Yerablur hərbi panteonuna baş çəkib, axşam universitetlər və elmi dairələrin nümayəndələrini qəbul edib:
“İddiaya görə, komandasında olan millət vəkilləri hətta siyasi görüşlər keçirmək üçün ABŞ-a uçublar. Lakin bunu öyrənmək mümkün olmayıb. Gərginlik pik həddə çatdığı anda Paşinyan onu baş nazir təyin edərək Mirzoyanın kartını oynamağa qərar verəcəyi istisna deyil. Paşinyan bir saat belə baş nazir kürsüsündən ayrılmaq istəmir, heç kimə, hətta Mirzoyana da etibar etmir”.