Ermənistan müxalifəti Nikol Paşinyana istefaya getmək üçün 3 gün vaxt verib.
Teleqraf.com xəbər verir ki, bunu "Daşnaksutyun"un rəsmisi İşxan Saqatelyan bu gün Paşinyanın iqamətgahı qarşısında keçirilən mitinqdə deyib.
O bildirib ki, Paşinyan istefa verməlidir:
"8 dekabr, saat 12:00-a qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisidə vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq".