Ermənilərin Dağlıq Qarabağ və ətrafındakı rayonları Azərbaycana qaytarmaq niyyətləri olmayıb.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu söyləyib.
“Bu xəritə Qubadlıdakı orta məktəblərdən birində tapılıb. Qafqazın xəritəsidir, “Dağlıq Qarabağ Respublikası” müstəqil dövlət kimi göstərilib, Dağlıq Qarabağ ətrafındakı 7 rayonumuz da bu “ərazi”yə daxil edilib. Ermənilərin o rayonları qaytarmaq niyyətləri yox idi və olmayıb. Onlarla danışıqlar da mümkün deyil. Bundan sonra ayıq, sərvaxt olmalıyıq”, - jurnalist bildirib.
Elçin Alıoğlu Azərbaycana xəyanət etmiş ermənilərə güvənməyin çətin olduğunu deyib.
Həmin xəritəni təqdim edirik: