Bu gün 1988-ci ilin dekabrın 7-də Ermənistanın Spitak şəhərində baş verən zəlzələnin 32 ili tamam olur.
Teleqraf.com xatırladır ki, zəlzələ Spitakla birlikdə Gümrü şəhərlərində də ciddi dağntılar törədib.
Rəsmi məlumatlara zəlzələ zamanı 25 minə yaxın erməni ölüb, 140 min erməni şikəst olub, 500 mindən çox erməni evsiz qalıb. Zəlzələ ümimilikdə 21 şəhərə və 350 kənddə dağıntılara səbəb olub, 58 kənd ümumiyyətlə silinib.
Spitak zəlzələsindən sonra Ermənistana ilk yardım əlini uzadan ölkələrdən biri Azərbaycan olub. O dövrdə Azərbaycandan zəlzələ bölgəsinə yardım məqsədilə yola düşən İl-76 təyyarəsi Ermənistan hava məkanında “qəzaya uğrayıb”, nəticədə 78 azərbaycanlı həlak olub.
Ermənistan hava məkanında Azərbaycana aid təyyarənin qəzaya uğramasının səbəbi bu günə qədər aydınlaşdırılmayıb.