Ermənistanın “Daşnaksütyun” partiyasının rəsmisi Geqam Manukyan İrəvanda keçirilən etiraz aksiyaları zamanı saxlanılıb.
Teleqraf.com xəbər verir ki, polis Geqam Manukyanı qollarından və ayaqlarından tutaraq zorla polis maşınına mindirib polis bölməsinə aparıb.
Xatırladaq ki, hazırda İrəvanda icazəsiz etiraz aksiyaları keçirilir. Mülki itaətsizlik aksiyalarının iştirakçıları paytaxtın müxtəlif yerlərində küçələri bağlayaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.