Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefasını tələb edən 30-dan çox nümayişçini saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, 34 nəfər etirazçı polis bölməsinə aparılıb.
Qeyd edək ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.