9 Dekabr 2020 08:10
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın apardığı 44 günlük Vətən Müharibəsinin son günlərində Kəlbəcər rayonunda əlində silah və xaçla foto çəkdirən erməni keşiş Ovannes bir aylıq fasilədən sonra yenidən ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Kəlbəcərdəki qədim xristian alban məbədi Xudavəng monastrında (ermənilər onu Dadivank adlandırır və məbədə iddia edirlər) keşişlik edən Ovannes məbədi əldə silah ölənədək qoruyacağını, tərk etməyəcəyini bildirsə də Azərbaycan əsgərləri gəlincə Ermənistana qaçıb.

Bu gün onun səsi İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyalarından gəlir.

Keşiş Ovannes İrəvanda Paşinyan əleyhinə aksiyalara qatılır, çıxışlar edir.

Fotoları təqdim edirik.


Müəllif: Səxavət

Oxşar xəbərlər