9 Dekabr 2020 11:37
2 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyanın istefa verməkdən başqa çarəsi yoxdur, onun yola salınması üçün yüz faizlik razılaşma var”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru general Artur Vanetsyan deyib.

“Vətəndaş itaətsizliyi nümayişləri, iki katolikosun, prezidentin, müxtəlif siyasi, ictimai və şəhər bələdiyyə sədrlərinin açıqlamaları Nikol Paşinyanın istefası üçün yüz faiz razılığın olduğunu göstərir. Başqa yolu yoxdur. Bu gün qərar versə, doğru olacaq. Belə bir qərarın təxirə salınması hər gün ölkəmizə birbaşa təhdiddir”, - Vanetsyan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər