Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə Melikset Poqosyan Sünik bölgəsinin (Zəngəzur) qubernatoru təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytı məlumat yayıb.
Hökumətin başqa bir qərarı ilə Poqosyan Sünik qubernatorunun müavini vəzifəsindən azad edilib.
Əlavə edək ki, Poqosyandan əvvəlki qubernator Zəngəzurda baş verən ərazi qalmaqalları ilə əlaqədar vəzifəsindən azad olunub. Bölgə sakinləri Azərbaycan ordusunun Zəngəzura qədər irəlilədiyini, bir sıra ərazilərə nəzarəti ələ keçirdiyini iddia edirlər. Bir müddət əvvəl bölgədə yaşayan icmalar və Ağsaqqallar Şurası Baş nazir Nikol Paşinyana müraciət edərək, baş verənlərə aydınlıq gətirməsini tələb ediblər.