Bu gün Ermənistan parlamentinin iclası keçirilir.
Teleqraf.com erməni mediasına istinadla bildirir ki, iclasa spiker Ararat Mirzoyan sədrlik edir.
Qeyd edək ki, Ararat Mirzoyan dekabrın 9-da imzalanan üçtərəfli sazişdən sonra erməni etirazçı kütləsi tərəfindən vəhşicəsinə döyülüb.
Kütlə Mirzoyanın təmsil etdiyi hakimiyyəti satqın elan edərək onu əzişdirib.
Dekabrın 9-dan bu yana Mirzoyan ilk dəfədir ki, parlamentin iclasına sədrlik edir. Buna qədər spikerin müalicə olunduğu deyilirdi.