Azərbaycanla dövlət sərhəd xəttinə dair danışıqlar ilin sonuna qədər keçirilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan parlamentdə keçirilən “hökumət saatı”nda bəyan edib.
Baş nazir müavini əlavə edib ki, ölkə hökumətində bu məsələ ilə qurumlararası qrup məşğul olur.
“Danışıqlara gəlincə, böyük ehtimalla rusiyalı tərəfdaşların vasitəçiliyi ilə bu il aparılacaq”, – deyə Avinyan əlavə edib.
O qeyd edib ki, hələlik Ermənistanla Azərbaycan arasında müəyyən edilmiş sərhəd yoxdur: “Ermənistan tərəfi danışıqlar üçün bütün lazımi xəritələri və sənədləri hazırlayır”.
Tiqran Avinyan Ermənistanın əraziləri güzəştə getmədiyini də vurğulayıb.