9 Dekabr 2020 20:59
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan ona verilən vaxtda istefa vermədi”.

Teleqraf.com xəbər verir ki, bunu poitoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana dekabrın 8-i saat 12-yə qədər könüllü istefaya getmək üçün vaxt vermişdi. Vaxt bitdi, Paşinyan istefa vermədi. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, müxalifətin qışqırıb-bağırmağına baxmayaraq, İrəvandakı mitinqlərə 5-7 mindən çox adam yığa bilmir və bu say da getdikcə azalır. İkinci səbəb güc strukturları və onların rəhbərlərinin Paşinyana sadiqliyidir”, - ekspert qeyd edib.

Elxan Şahinoğlu bildirib ki, Paşinanın istefasını Prezident Armen Sərkisyan və erməni katolikosu II Qaregin də istəyib

“Ancaq Paşinyan həm müxalifətin tələbini, həm prezidentin, həm də katolikosun istəyini qulaqardına vurub. Paşinyan istefa vermir, müxalifət isə Ermənistanı qarışdırmaq çalışmalarından əl çəkmir. Demək, zorakılıq və kütləvi həbslər qaçılmazdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər