“Ermənistanda Sorosun ofisinin bağlanması prosesi başladı”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın VETO ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan məlumat verib.
“Sentyabrın 8-də Milli Təhlükəsizlik Xidmətinə Saşik Sultanyanın ermənilərlə yezidilər arasında etnik nifrəti qızışdırmaq üçün Sorosun ofisindən pul aldığına dair bir məlumat verdim. Saşik Sultanyan bir müsahibə verdi, burada Ermənistanda yezidilərin “vurulduğu”, qovulduğu, dilinin, mədəniyyətinin təhlükə altında olduğunu dedi.
Saşik Sultanyan bu fəaliyyətlərini Soros Fondundan aldığı pullar hesabına həyata keçirir. Tezliklə Sorosun ofisində yoxlama prosesi də başlayacaq, tanınmış Sorosun adamları Təhlükəsizlik Xidmətinə çağırılacaq. Bura Saşik Sultanyana məlumat dəstəyi verən bütün insanlar daxildir”, - Malyan qeyd edib.
O, amerikalı iş adamı Corc Sorosun Ermənistandakı ofisininin tamamilə bağlanılması üçün məhkəməyə müraciət edəcəyini bildirib.