Ermənistanın ikinci böyük şəhəri Gümrüdə Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası başlayıb.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, aksiya iştirakçıları baş naziri xain adlandıraraq dərhal istefasını tələb edib.
“Biz tələb edirik ki, satqın Nikol istefa versin. Çünki belə bir lider Azərbaycan dövlət başçısı ilə danışıqlar apara bilməz. Azərbaycan lideri Nikol Paşinyanı hər çıxışında tənqid edir, alçaldır. Bu səbəbdən də satqın hökumət Ermənistanı müdafiə edə bilməz. Hakimiyyətə Azərbaycan və Rusiya ilə danışıqlar aparmaq imkanında olan yeni şəxslər gəlməlidir”, - aksiya iştirakçılarından biri deyib.