“Müdafiə Nazirliyindəki etibarlı mənbəmizin verdiyi məlumata görə, bir neçə gün əvvəl Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Onik Qasparyanla əlaqə saxlayaraq ordunun şəhərə göndərilməli olduğunu söyləyib. Onik Qasparyan bunun nə üçün lazım olduğunu soruşub. Paşinyan cavab verib ki, xüsusi təyinatlı obyektlərin qorunması üçün lazımdır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.
Nəşrin iddiasına görə, Onik Qasparyan Paşinyana baş qərargah rəisi olduğu müddətdə qoşunların daxili siyasi proseslərə qarışmayacaqlarını və şəhərə gətirilməyəcəyini bildirib:
“Söhbət orada bitib, bundan sonra Qasparyan müdafiə naziri Vaqarşak Arutyunyanla əlaqə saxlayıb və söhbət barədə ona danışıb. Arutyunyana bildirib ki, baş nazir eyni məsələdə ona müraciət edərsə, eyni cavabı versin. Müdafiə naziri baş nazirlə danışacağına söz verib. Bir müddət sonra Arutyunyan Qasparyanla əlaqə saxlayaraq, onun hüquqi baxımdan haqlı olduğunu, amma belə bir əmr verilsə, buna itaət etməli olduğunu söyləyib. Qasparyan isə bu dəfə də imtina edib”.
Qəzetin yazdığına görə, Paşinyan ordudan İrəvandakı etiraz aksiyalarını dağıtmaq məqsədilə istifadə etmək niyyətindədir.