“Ermənistan müxalifətinin hakimiyyətə qarşı mübarizə aparmaq üçün kifayət qədər gücü yoxdur, amma Paşinyan istefa verənədək geri çəkilməyəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Vətən” partiyasının üzvü Arsen Babayan deyib.
“Bizim gücümüz yoxdur, güc öz yerində deyil. Amma heç kim Nikol Paşinyanın istefa edib-etməmək istəyi ilə hesablaşmayacaq. Nikol Paşinyan cinayət məsuliyyətinə cəlb olunmalı və məhkəməyə verilməlidir. Belə də olacaq”, - siyasətçi qeyd edib.
Arsen Babayan Azərbaycan liderinin hər kəsin gözü qarşısında Paşinyanı alçaltdığını, amma Ermənistan baş nazirinin ona cavab vermək cəsarətinin olmadığını bildirib.