17 Dekabr 2020 12:09
1 143

Rusiya sülhməramlıları Ermənistan ərazisindən avtobuslarla Dağlıq Qarabağa qayıdan erməniləri müşayiət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Müharibə vaxtı Ermənistana qaçan 439 erməni İrəvandan Xankəndinə çatdırılıb. Avtobuslar Rusiya sülhməramlı kontingentinin və hərbi polisin patrulları tərəfindən müşayiət olunub.

Ümumilikdə, bu günədək 40.800-dən erməninin Dağlıq Qarabağa gətirildiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu