Ermənistanla sərhəddə yerləşən və işğal edilmiş Azərbaycan kəndlərinin boşaldılması üçün verilən vaxt bu gün başa çatır.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.
Jurnalist Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı gedən son proseslərə diqqət çəkib:
“Ermənistanın Gorus rayonunda, Azərbaycanın Zəngilən rayonu ilə həmsərhəd kəndlərində hakim yüksəkliklərdə ermənilərin illər əvvəl inşa etdikləri post və istehkamlar artıq sökülüb. Ermənistan Silahlı Qüvvələrinin iriçaplı pulemyotları, minaatanları və artilleriya qurğuları həmin mövqelərdən çıxarılıb.
Gorus-Qafan yolunun Zəngilan rayonu ərazisindən keçən və son 28 ildə işğalçıların nəzarətində olan hissəsi azad olunub. Düşmənə verilmiş ultimatumun müddəti bu gün saat 17.00-da bitir”.