18 Dekabr 2020 14:04
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti matəm günü İrəvanda planlaşdırılan yürüşün sıx olması üçün xüsusi səylər göstərir. Merlərə avtobuslarla insanları Yerablur hərbi panteonuna gedişin başlayacağı Respublika Meydanına aparması tapşırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr qeyd edir ki, “Mənim addımım” fraksiyasının deputatı Andranik Köçəryan və onun köhnə dostu, hərbi polisin rəisi Aşot Zakaryana da bu məsələ ilə məşğul olmaq tapşırılıb:

“Bəzi pozuntulara yol verən, istefa edən və ya vəzifələrindən getmək məcburiyyətində qalan müharibə iştirakçılarının da yürüşdə iştirak etməyə məcbur edildiyi bildirilir. 19 dekabrda yürüşə gəlməsələr, fərarilik ittihamı ilə onlara qarşı cinayət işlərinin başlanacağı ilə hədələnirlər. Nikol Paşinyanın yürüşə rəhbərlik edib etməyəcəyinə gəlincə, bunun iştirakçıların sayından asılı olacağını deyirlər. Bir neçə min adam toplansa, o zaman Paşinyan son anda hökumət idarəsindən çıxaraq nə qədər tərəfdarının olduğunu müəyyən etdikdən sonra yürüşə rəhbərlik edəcək. Əgər say çox olmasa, bir bəhanə ilə yürüşə qatılmaqdan imtina edəcək”.

Qəzet Paşinyanın 80 yaşınd vəfat edən atası Vova Paşinyanın bu gün dəfn ediləcəyini bildirib.

Əlavə edək ki, dekabrın 19-dan Ermənistanda üçgünlük matəm elan olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər