21 Dekabr 2020 09:58
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın kartejinə insanların müdaxilə edə bilməməsi məqsədilə yolları bağlayıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Nikol Paşinyanın bu gün Sünik (Zəngəzur) bölgəsinə səfəri gözlənilir.

Səfərdən əvvəl polis Sünik bölgəsində sakinlərin Paşinyanın gəlişinə müdaxilə etməməsi üçün yolları bağlayıb.

Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Sünik istiqamətində delimitasiyası getdikdən sonra erməni qüvvələri bir neçə kənd və yüksəkliyi Azərbaycana qaytarıb. Bu isə yerli erməni sakinləri arasında ciddi narazılıqla qarşılanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər