Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik (Zəngəzur) bölgəsinə səfər etməzdən əvvəl burada yaşayan ermənilərə Feysbukda canlı müraciət edib.
Teleqraf.com-un məlumatəna görə, Nikol Paşinyan bildirib ki, bölgə sakinlərinə hörmət göstərmək, onlarla açıq danışmaq məqsədilə Sünikə gəlir.
“Sizi inandırıram ki, Sünik sakinləri ilə söhbət edərkən başqa tərəfə baxmayacağam. Sizə olan borclarımı tam şəkildə yerinə yetirmişəm və yetirməkdə davam edirəm. Sizi əmin etmək istəyirəm ki, Süniki ziyarət etmək qərarı insanları həyacanlandırmamaq, vəziyyəti gərginləşdirmək və yaralara duz səpmək məqsədi güdmür. Əksinə Sünik sakinlərinə hörmət bəsləmək və ən vacibi sizi maraqlandıran suallara üz-üzə cavab vermək məqsədilə bura səfər qərarı vermişəm”, - Baş nazir müraciətində deyib.
Nikol Paşinyan Sünik bölgəsinin ərazisindən bir millimetr də verilməyəcəyini iddia edib.
Xatırladaq ki, Nikol Paşinyan bu gün Sünikə səfər edəcək. Gorus bələdiyyəsi əhalini baş naziri bölgəyə buraxmamağa çağırıb.