Ermənistanın Gorus şəhərinin meri Aruş Aruşanyanla bağlı bir neçə maddə üzrə cinayət işi başlanıb. Həmin cinayət işləri bir cinayət işində birləşdirilməlidir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Eyni zamanda, İstintaq Komitəsindən hələlik təfərrüatlarla bağlı məlumat verə bilməyəcəklərini vurğulayıblar.
Qeyd edək ki, bir qədər əvvəl Gorus şəhərinin meri sakinləri baş nazir Nikol Paşinyanı Sünik vilayətinə (Zəngəzur) buraxmamağa çağırıb.