Ermənistan Baş naziri Nikol Paşinyanın Sünikə səfərinin qarşısını almaq məqsədilə səhər saatlarında küçələrə çıxan ermənilər Gorus-Tatev yolunu bağlamağa müvəffəq olub.
Teleqraf.com erməni mətbuatına istinadla verdiyi məlumata görə, Gorus şəhərinin bələdiyyə sədrinin müavini Menua Hovsepyan bildirib ki, Paşinyan boş yerə Sünik bölgəsinə səfər edir.
O əlavə edib ki, yerli sakinlər baş nazirə qulaq asmayacaqlar: “Paşinyana Sünikdə yer yoxdur. Sünik bölgəsinin belə bir baş naziri yoxdur. Paşinyan ən yaxşı halda bizi həbs edə bilər. İstədiyi qədər etsin. Türklər artıq buradadır. Biz türklərdən qorxmalıyıq, yoxsa Paşinyandan? Əgər Paşinyan bu qədər güclüdürsə kənardan səslənən tənqidlərə cavab versin, bizi həbs etməsin”.