Sisian şəhər kilsəsinin keşişi Ermənistan Baş naziri Nikol Paşinyana əllə salam verməkdən imtina edib.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, Nikol Paşinyan bu gün Sünik bölgəsinə səfəri çərçivəsində Sisian şəhərinə gəlib.
Baş nazri şəhərin kilsəsinə gəlib, burada şamlar yandırıb.
Daha sonra kilsənin keşişi ilə görüşmək istəyən Paşinyan ona tərəf gedib. Bu zaman keşiş nümayişkaranə şəkildə baş nazirin əlini sıxmaqdan imtina edib.