22 Dekabr 2020 17:06
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Kacaran şəhərinin bələdiyyə sədri Manvel Paramazyan həbs edilib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Polisi və İstintaq Komitəsi bələdiyyə sədrinin hansı səbəbdən saxlanıldığı, işin hansı şöbə tərəfindən aparıldığı haqda məlumatların yoxlanıldığını bildirib.

Xatırladaq ki, Paramazyan Sünik (Zəngəzur) bölgəsində Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bələdiyyə sədrlərindən biridir.

Ondan əvvəl isə Gorus şəhərinin bələdiyyə sədri Aruş Aruşhanyan saxlanılıb.

Əlavə edək ki, dekabrın 21-də Nikol Paşinyan Sünik bölgəsinə səfər etsə də, yalnız Sisian şəhərində olub. Yerli əhalinin ciddi etirazından sonra Qafan, Gorus, Mehri və Kacaran şəhərlərinə gedə bilməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər