Rusiya sülhməramlı kontingentində olan xüsusi tibbi bölmə həm Xankəndi, həm də digər ərazilərdə ermənilərə yardım göstərməkdə davam edir.
Teleqraf.com xəbər verir ki, rus hərbi briqadaları ötən gün Gişi kəndində 35 sakinə tibbi yardım göstərib.
Ümumilikdə indiyə qədər yüzü uşaq olmaqla 800-dən çox erməni Rusiya Müdafiə Nazirliyinin hərbi kontingentinin səhra xəstaxanasında tibbi yardım alıb.
Müraciət edən ermənilər yerləşdirilmiş səyyar xəstəxanada ixtisaslı terapev, cərrah və digər mütəxəssislər tərəfindən müayinə edilib və lazımi tibbi dəstəklə təmin olunub.
Məlumata görə, rus sülhməramlı kontingentin tərkibində 60-dan çox ixtisaslı həkim və digər tibbi personal işləyir.