Ermənistan polisi İrəvanın mərkəzindəki hökumət binasının qarşısına toplaşan nümayişçiləri tutmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Novosti” xəbər agentliyi məlumat yayıb.
Məlumatda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında qarşıdurmanın başladığı bildirilib.
Bir neçə gündür İrəvanda etiraz aksiyaları keçirilir. Etirazçılar Baş nazir Nikol Paşinyanın Qarabağda atəşkəsə dair müqavilə imzalaması səbəbindən istefasını tələb edirlər. Paşinyanın hakimiyyətdən getməsini tələb edən müxalifət qüvvələri hökumətin keçmiş başçısı Vazgen Manukyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Çərşənbə axşamı müxalifətçilər hökumət binasını mühasirəyə almışdılar.