25 Dekabr 2020 23:43
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazir Paşinyanın həyat yoldaşı Anna Akopyan savaşda həlak olan, yaralanan və itkin düşən qarabağlı hərbçilərin 4750 uşağı üçün Yeni il şənliyi təşkil etmək niyyətində olduğunu bildirib. Ermənilərin böyük əksəriyyətinin xain hesab etdiyi bir kişinin həyat yoldaşı indi özünü “nəhəng milli kədər” hesabına tanıtmaq niyyətindədir. O, 4750 nömrəsini seçərək bu kədəri açıq şəkildə lağa qoymağa qərar verib”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Qolos Armeniya” qəzeti yazıb.

Nəşr qeyd edir ki, Paşinyanın xanımı bununla Ermənistanın nə qədər itki verdiyini qəsdən nümayiş etdirməyə çalışır:

“Müxalifət müharibədə ölən və itkin düşənlərin bir çoxunun adını çəkir. Rəsmi qurumlar isə müharibənin bitməsindən bir ay sonra nə öz saylarını, nə də əsir götürülən və itkin düşənlərin sayını açıqlayır. Bu nömrə - 4750 rəqəmi sosial şəbəkələrdəki paylaşımlar əsasında müəyyən edilib. İndi müharibə nəticəsindəki rolu cinayət istintaqının predmetinə çevrilməli olan (çevriləcək) “ali baş komandan”ın həyat yoldaşı bundan Yeni il hədiyyələri hazırladıqları uşaq sayını göstərmək üçün istifadə edir.

Görünən odur ki, 2 il yarımda Paşinyan və onun “Erato”sunun ifrat sinizm xisləti də daxil olmaqla hər şeyə alışmalı idik. Ancaq işə yaramır - hər dəfə əməlləri şeytanla müqayisə oluna bilən bir insanın nə qədər alçaq və iyrənc olmasına təəccüblənirsən. Çünki məhz bu cür hədiyyələrin seçilməsi, şübhəsiz ki, bir xəta və ya təsadüf deyil, Erato Akopyanın müharibə qurbanlarının övladlarına nümayişkaranə bir istehzadır”.

Erməni nəşri ermənilərin matəm içində olduğu vaxt ölkənin birinci xanımının bayram tədbiri keçirmək haqda düşünməsi Ermənistan üçün böyük sayğısızlıqdır:

“Yara hələ də qanamaqdadır, Yerablurda hər gün daha çox qəbir qazılır, insanların əksəriyyəti Yeni il bayramı fikrini rədd edir. Amma bu, pandemiya zamanı özünü qeyri-insani tərəfdən göstərmiş akopyanlara bayramı qeyd etmək üçün bir fürsətdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər