26 Dekabr 2020 15:32
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün özünün Feysbuk hesabında canlı yayım edərək, ölkədə 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsində maraqlı olan qüvvələri siyasi məsləhətləşmələrə dəvət edib.

Teleqraf.com xəbər verir ki, baş nazir həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda qalan qüvvələrə çağırış edib. Hələlik ona qarşı çıxan qüvvələr çağırışa reaksiya verməyib.

Siyasi müşahidəçilər qeyd edirlər ki, müxalifətin 2021-ci ildə erkən parlament seçkilərinə dair təklifə reaksiya verməməsi, onların Ermənistanda hakimiyyətin legitim əsaslarla dəyişməsində maraqlı olmadığına işarədir.


Müəllif: Cavad

Oxşar xəbərlər