Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyanın rəhbərlik etdiyi nümayəndə heyəti Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasına gedib.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində erməni generalları Rusiya hərbi bazasının infrastruktur obyektləri, silah və hərbi texnikası ilə tanış olublar.
Eyni zamanda rus hərbi bazasının komandanlığı və şəxsi heyətinin yaranması günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib.
Məlumat üçün qeyd edək ki, Rusiya hərbi bazası 1995-ci il dövlətlərrası razılaşmaya uyğun olaraq Ermənistanda yerləşdirilib, 2010-cu ilin 20 avqustunda İrəvan və Moskva arasında imzalanan mqaviləyə əsasən onun qalma müddəti 2044-cü ilə qədər uzadılıb.