29 Dekabr 2020 23:39
2 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ən qısa müddətdə erkən seçkilərə ehtiyacı var, şərtlər müxtəlif texniki və siyasi qərarlardan asılıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, tarix bütün parlament üzvləri tərəfindən razılaşdırılmalıdır:

“Çünki seçkilərdə yalnız “Mənim addımım” iştirak etməyəcək. Şərtlər tərəfdaşlarla müzakirə ediləcək”.

İstefa tələb edən parlamentdəki siyasi qüvvələrin gündəminə erkən seçki məsələsinin daxil edilməməsinə gəlincə, Alen Simonyan bu barədə qüvvələr arasında yekdil fikrin və razılaşmanın olmadığını söyləyib.

Alen Simonyan birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyanın fikrinə də diqqət çəkib:

“Vazgen Manukyan da bildirdi ki, indi seçkilər keçirilsə, hər sandıqda qan töküləcək. Onlar hesab edirlər ki, hazırkı durumda hakimiyyətin təhlükəsiz seçki təşkil edə bilmək imkanı yoxdur. Bu fikirləri qəbul etmirik. Vazgen Manukyanın 1996 kompleksindən (iğtişaşlara səbəb olan prezident seçkilərindəki rəsmi məğlubiyyət - red.) çıxa bilmir və yeni reallıqlarla barışa bilmir. Onun yanaşmsı 1996-cı ildə qalıb. Cənab Manukyanın məlumatı varsa və ya qan tökməyə hazırlaşırsa, bu başqa məsələdir. İnanıram ki, belə bir açıqlama vermək çox mənfi bir fenomendir, bu cür fikirlər təhrikedicidir. Bir tərəfdən vəziyyəti yumşaltmaqdan danışırlar, digər tərəfdən təxribat törədirlər ”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər