Ermənistanda bir gündə 329 koronavirus infeksiyasına yoluxma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzindən məlumat verilib.
Ümumilikdə, indiyədək Ermənistanda 159 738 nəfər koronavirusa yoluxub. Hazırda 12870 nəfər müalicə olunur.
Son sutkada beş nəfər bu səbəbdən həyatını itirib, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3515-ə çatıb.