Ermənistan ərazisində bir sıra strateji yollar güclü qar yağması səbəbindən bağlanıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Sünik (tarixi Zəngəzur) bölgəsinin bəzi aparıcı yolları buz bağlayıb.
Həmçinin Araqatsotn bölgəsindəki Amberd qalasına və Kari gölünə aparan yollar bağlanıb.
Vardanes keçidi istiqamətində də güclü qar müşahidə edilir.