3 Yanvar 2021 23:03
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş Naziri Nikol Paşinyan İrəvanda Rusiya baş nazirinin müavini Aleksey Overçukla Ermənistan-Rusiya əməkdaşlığı və Qarabağdakı vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, Paşinyan görüşdə Overçukun səfərinin Ermənistan-Rusiya əlaqələrinin, Qarabağdakı vəziyyətin müzakirə edilməsi kontekstində əhəmiyyətini qeyd edib.

O, Rusiyanın Qarabağdakı hərbi əməliyyatların dayandırılmasında və barışığın əldə edilməsində böyük rol oynadığını deyib.

Paşinyan Rusiya Prezidenti Vladimir Putinin şəxsi səylərini və Qarabağdakı vəziyyətin sabitləşməsindəki rolunu yüksək qiymətləndirib.

Overçuk Paşinyana Rusiya Baş naziri Mixail Mişustinin salamlarını çatdıraraq, Rusiyanın bu çətin dövrdə dost Ermənistan xalqına verdiyi dəstəyi təsdiqlədiyini və Ermənistan-Rusiya strateji əməkdaşlığının inkişafına yönəlmiş proqramların davam etdirilməsində maraqlı olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər