Hadrut və Cəbrayılda aparılan axtarış işləri nəticəsində 20 erməni hərbçisinin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xankəndindəki separatçı qurumun nümayəndəsi Hunan Tadevosyan açıqlama verib.
Tadevosyana görə, Ermənistan və Azərbaycan arasında atəşkəs əldə edildikdən bu günə qədər 1175 hərbçinin cəsəd tapılıb.
O, bölgədə axtarış işlərinin davam etdiyini deyib.