“Ermənistan Milli Təhlükəsizlik Şurasının direktoru Armen Abazyan sözügedən qurumun ötən gün keçirilən iclasında yanvarın ortalarına qədər Bakıya planlaşdırılan səfəri barədə məlumat verib”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.
“Armen Abazyan Təhlükəsizlik Şurasının ötən gün keçirilən iclasında yanvarın ortalarına qədər Bakıya planlaşdırılan səfəri barədə məlumat verib. Heç kim buna etiraz etmədi. Bütün iştirakçılar işin faydalı olduğunu, prosesin başladığını iddia edərək məmnun qaldılar”, - Minasyan qeyd edib.
Qeyd edək ki, Mikael Minasyan açıqlamasında Abazyanın məxfi şəraitdə yanvarın 11-dək Azərbaycanın paytaxtına gələcəyini demişdi.
Onun sözlərinə görə, səfərdə məqsəd Ermənistan və Azərbaycan arasında əldə edilmiş anlaşmaları rəsmiləşdirməkdir.