9 Yanvar 2021 08:45
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

​"​​​​​Ermənistan tarixində ən laqeyd, abırsız və satqın biri yenidən yalan danışır".

Teleqraf.com xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" partiyası fraksiyasının deputatı Naira Zoqrabyan özünün feysbukdakı səhifəsində ölkənin baş naziri Nikol Paşinyanı nəzərdə tutaraq yazıb.

O, bildirib ki, Paşinyan noyabrın 9-da imzalanmış kapitulyasiya aktını ermənilərin gündəmindən çıxarmaq üçün Moskva səfəri ətrafında müzakirələr açır: "Əsir və itkinlərin valideynlərini aldadır ki, onların övladlarının qayıdışı üçün başqa bir xain sənəd imzalayacaq”.

Naira Zoqrabyan iddia edib ki, əsirlərin və itkin düşənlərin valideynlərinin ağrı-acısı sonradan xain missiyanın icra edilməsi üçün istifadə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər