Ermənistanın hakim “Mənim addımım” blokunun fraksiyasından istefa verən millət vəkilləri parlamentdə fəaliyyətlərini hansı əsasda davam etdirdiklərini izah etməlidirlər.
Teleqraf.com xəbər verir ki, bunu “Mənim addımım” blokundan millət vəkili, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Ruben Rubinyan deyib.
Rubinyan bildirib:
“Məlum hadisələrdən sonra“ Mənim addımım” blokunun parlament fraksiyasından istefalar oldu. Millət vəkilləri - Vardan Adabekyan, Qor Gevorqyan, Taquxi Tovmasyan, Anna Qriqoryan və Sofiya Ovsepyan istefa verdiklərini açıqladılar.
Deputatların seçiciləri qarşısında hesabatlılığının təmin edilməsi vacibliyini vurğulayaraq inanıram ki, seçicilərdən “Mənim addımım” blokunun lehinə mandat alan bu şəxslər parlament fəaliyyətlərini hansı əsas və mandatda davam etdirdiklərini izah etməlidirlər. Daha çox siyasi kontekstdə...”.
Qeyd edək ki, bir müddət əvvəl “Hraparak” və “İrates” nəşrləri Baş nazir Nikol Paşinyanın hakim komandadan istefa vermək istəyən şəxsləri hədələdiyini, bununla onları fikrindən daşındırdığı haqda məlumat vermişdilər. Nəşrlərə görə, komanda üzvlərinə təzyiq edən və həbslə hədələyən Paşinyan bununla siyasi elitadakı parçalanmanın qabağını almağa çalışır.