15 Yanvar 2021 01:55
1 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan və qızları Moskva aeroportunda qalmaqalla üzləşiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mediaport” teleqram kanalı bildirib.

Qeyd edilir ki, hadisə ilə əlaqədar aeroportun gəlmə zalında təxliyə elan olunub.

Məlumata görə, bundan əvvəl Rusiyanın erməni icmasının nümayəndələri, rəsmiləri zorla aeroportun görüş zalına soxulublar.Onlar Anna Akopyanı, qızları Şuşan və Marianı "satqınlar" şüarı ilə qarşılayıblar.

Nikol Paşinyanın ailə üzvləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təxliyə olunublar.

Daha əvvəl teleqram kanal bildirib ki, Paşinyanın arvadı və qızları 10 silahlı mühafizəçinin müşayiəti ilə Rusiya vətəndaşlığını almaq üçün Moskvaya gedib.

Onların Moskvada yaşamaq üçün mənzil axtardıqları da qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər