21 Yanvar 2021 18:37
4 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan münaqişəsində ən çox itki birinci prezident Levon Ter-Petrosyan və indiki Baş nazir Nikol Paşinyan dövründə qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, erməni mediasının araşdırması bu həqiqəti ortaya çıxarıb.

Ermənistan mətbuatı müstəqillik illərindən bu yana ölkəyə rəhbərlik edən Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan və Nikol Paşinyanın hakimiyyəti dövründə verilən itkiləri hesablayıb.

Məlum olub ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosiyanın hakimiyyəti (1991-1997) dövründə erməni tərəfinin itkiləri təxminən 7 min olub.

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın hakimiyyəti (1998-2008) illərində Ermənistan və saxta “DQR”in itkilərinin sayı cəmi 92 nəfər olub.

Ermənistanın üçüncü prezidenti Serj Sərksiyanın hakimiyyəti (2008-2018) illərində ermənilərin döyüş itkiləri 228 nəfər olub. Bunlardan 68 nəfəri 2016-cı ildə Aprel döyüşləri zamanı qeydə alınıb.

Ermənistanın indiki rəhbəri Nikol Paşinyanın davam edən hakimiyyəti zamanı döyüş itkiləri 5, bəzi rəqəmlərə görə, 7 mindən çoxdur.


Müəllif: Cavad

Oxşar xəbərlər